ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Hava nəqliyyatı

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, “Bakı Metropoliteni”  Qapalı Səhmdar Cəmiyyətinin, “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin və sərnişindaşıma xidmətləri göstərən digər bir sıra təsərrüfat subyektlərinin müraciətlərini nəzərə alaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:

  1. Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 30 qəpik təsdiq edilsin.
  2. Bakı şəhərində, digər şəhər və rayonlarda müntəzəm şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri təsdiq edilsin (əlavə olunur).
  3. Müntəzəm şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında şəhərdaxili və ya qəsəbədaxili hərəkət edən sərnişinlər üçün tarif bir gediş üzrə 30 qəpik təsdiq edilsin. Həmin marşrutlarda yaşayış məntəqələri arasında hərəkət edən sərnişinlər üçün tarif bu qərarın 2-ci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsinin 2-ci sətri ilə müəyyən edilmiş məsafələr üzrə tariflərin yuxarı hədlərinə uyğun olaraq tətbiq edilsin.