Göstərilən xidmətlərlə bağlı ərizələrdə hüquq sahibinin istəyi ilə cədvəlin IV bölməsində nəzərdə tutulan xidmətlərin qanunla müəyyən edilmiş icra müddətləri sürətləndirilməklə (daxil olmuş əvvəlki ərizələrin icra müddətlərini ləngitməmək şərti ilə) bir iş günü müddətində icra olunduqda, təsdiq edilmiş xidmət tariflərinə 3.0 əmsalı, iki-üç iş günü ərzində icra olunduqda müvafiq xidmət tariflərinə Bakı, Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində yerləşən daşınmaz əmlaklara münasibətdə 2.0 əmsalı, digər şəhər və rayonlarda isə 1.5 əmsalı, yeddi iş günü ərzində icra olunduqda müvafiq xidmət tariflərinə Bakı, Gəncə, Sumqayıt və Xırdalan şəhərləri üzrə 1.5 əmsalı, digər şəhər və rayonlarda isə 1.3 əmsalı tətbiq edilir. Ərizələrin icrası müddəti texniki inventarlaşdırılma, ölçmə və mərzçəkmə işlərinin aparılması ilə əlaqədar uzadıldıqda isə hüquq sahibinin istəyi ilə ərizələrin qanunla müəyyən edilmiş ümumi icra müddəti sürətləndirilməklə iki iş günü müddətində icra edildikdə, cədvəlin I və IV bölmələri ilə təsdiq edilmiş xidmət tariflərinə 3.0 əmsalı, beş iş günü ərzində icra olunduqda müvafiq xidmət tariflərinə Bakı, Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində yerləşən daşınmaz əmlaklara münasibətdə 2.0 əmsalı, digər şəhər və rayonlarda isə 1.5 əmsalı, on iş günü ərzində icra olunduqda müvafiq tariflərə Bakı, Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində 1.5 əmsalı, digər şəhər və rayonlarda isə 1.3 əmsalı tətbiq edilir.
Daşınmaz əmlak obyektinin və torpaq sahələrinin təkrar texniki inventarlaşdırılması zamanı (daşınmaz əmlak obyektinin məkan göstəricilərində (sərhəd, sahə, yerləşmə və konfiqurasiya) baş vermiş dəyişikliklər 30%-dən çox olduğu hallar istisna olunmaqla) xidmət haqqı I bölmənin müvafiq tariflərinə 0,2 əmsalı tətbiq edilməklə, lakin minimum məbləğ 20,0 manatdan az olmamaqla hesablanır. Daşınmaz əmlak obyektinin, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əmlak obyektinin müayinə edilməsi (obyektə yerində baxış keçirilməsi) zamanı xidmət haqqı I bölməyə müvafiq hesablanmış tariflərə layihə-smeta sənədlərində nəzərdə tutulmuş tikinti (quraşdırma) işlərinin faktiki yerinə yetirilmə faizinə uyğun əmsal tətbiq edilməklə hesablanır.